Azərbaycanın 5 prinsip planı qəbul edildi? –   Zəngəzurla bağlı sensasion detallar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın 5 prinsip planı qəbul edildi? – Zəngəzurla bağlı sensasion detallar

Siyasət

11 İyul 2025 11:25 1332


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında vasitəçilərsiz növbəti substantiv görüş keçirilib. Görüş zamanı tərəflər arasında ümumi razılaşdırılmış prinsiplər əsasında konkret detalların müzakirəsi aparılıb.

Yenisabah.az saytına verdiyi açıqlamada, siyasi şərhçi Zaur İbrahimli Azərbaycan və Ermənistan arasında aparılan substantiv görüşmələrlə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, substantiv görüşmələr dedikdə tərəflərin ümumi prinsiplər üzərində razılaşması və bu prinsiplərdən irəli gələn konkret detalların müzakirəsi nəzərdə tutulur: Dördpendirli pizza

“Bu, o deməkdir ki, artıq Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanın və Ermənistanın mövqeləri kifayət qədər yaxınlaşıb. Hal-hazırda konkret detallar və texniki məsələlər müzakirə olunur. Bu isə olduqca əhəmiyyətli bir irəliləyişdir.

Bu fakt göstərir ki, tərəflər arasında formalaşmış və inkişaf edən birbaşa kommunikasiyalar var. Bu həmçinin Azərbaycanın irəli sürdüyü yanaşmanın qəbul edildiyini göstərir. Xüsusilə Prezident İlham Əliyevin ikitərəfli təmaslara üstünlük verən mövqeyi və 5 əsas prinsipə əsaslanan təşəbbüsü özünü doğrultdu. Nəticədə, bu istiqamətdə real nəticələr əldə olunmağa başlayıb”.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası və sərhəd boyunca yerləşən kəndlərin qaytarılması da məhz ikitərəfli formatda baş verib:

“Ermənistanın nəzarətində olan 4 kəndin Azərbaycana qaytarılması danışıqlar yolu ilə, problemsiz şəkildə həyata keçirildi. Bu təcrübə onu göstərir ki, tərəflərin mövqeləri yaxınlaşdığı halda, texniki məsələlərin həlli çətin olmayacaq”.

Zaur İbrahimli hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı ekspertlər səviyyəsində müzakirələr davam edəcək və daha sonra bu məsələ siyasi rəhbərlik səviyyəsində dəyərləndiriləcək:

“Bu gün aparılan danışıqlarda nəqliyyat və kommunikasiya xətlərinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və normallaşma sazişinin imzalanması ayrı-ayrı istiqamətlər kimi nəzərdən keçirilir. Vaxtilə ABŞ-nin moderatorluğu ilə tərəflər arasında əldə olunan razılaşmalar bu gün üçün də baza rolunu oynayır. Ümumi kontekst dəyişmir və bu proses nəticəsində dövlətlərarası münasibətləri normallaşdıracaq xüsusi sazişlərin imzalanması üçün real zəmin yaranır”.

Rəvan Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!