Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə etdi

İdman

07 Aprel 2024 20:59 1232


Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Yenisabah.az xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə ən ağır çəki dərəcəsində(125 kq) Georgi Meşvildişvili olimpiadada iştirak hüququna yiyələnib. 

31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu bacarıb. pizza mizza

Bu görüşə qədər Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) da olimpiadaya lisenziya qazanıblar.

Həmçinin, Maqomedxan Maqomedov (97 kq) dünya çempionatında medal qazanmaqla olimpiadada iştirak hüququna yiyələnmişdi.

Qeyd edək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!