Azərbaycanın Avroliqa təmsilçilərinin sayı azala bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Avroliqa təmsilçilərinin sayı azala bilər

İdman

12 May 2020 12:03 834


2020/21 mövsümündə Azərbaycan Avropa Liqasında 3 deyil, 2 komanda ilə təmsil oluna bilər.

Yenisabah.az Qol.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən təqvimdə yaranacaq sıxlığı nəzərə alan UEFA Avropa Liqasında təsnifat mərhələlərini qısaltmaq haqda da düşünür. Bu halda Azərbaycan da daxil olmaqla yarışa təsnifat mərhələlərindən başlayan ölkələrin komanda sayı ixtisar ediləcək. Əgər qərar qəbul edilsə, Azərbaycanın Avroliqaya 3 yox, 2 komanda ilə qatılacaq.

Hazırda UEFA-nın milli federasiyalarla apardığı müzakirələrdə bu variant da təklif edilib. Həmin variant isə yalnız növbəti bir mövsümə aiddir. Pepperoni pizza

Çempionlar Liqasının təsnifat mərhələsinin ləğvi ilə bağlı xarici KİV-lərin yaydığı xəbərlər isə UEFA tərəfindən təkzib edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!