Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda tutuldu

Hadisə

01 İyul 2021 12:24 794


Azərbaycanda dələduzluq etdiyi üçün beynəlxalq axtarışa verilən şəxs Gürcüstanda tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Səlimov Elşad Tofiq oğlunun –  ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Elşad Səlimov barəsində beynəlxalq axtarış elan edilib. Toyuqlu pizza

Axtarışda olan şəxsin Gürcüstan ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Elşad Səlimov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!