Azərbaycanın bu ərazilərində leysan yağır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu ərazilərində leysan yağır

Sosial

17 Avqust 2025 11:20 271


Avqustun 17-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, avqustun 17-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Qubada 21, Lənkəranda 11, Qusarda 10, Şahdağda 9, Balakən, Şəkidə 8, Astara, Neftçala, Şabran, Cocuqmərcanlıda 6, Biləsuvarda 5, Qax, Yardımlı, Lerikdə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Oğuz və Qəbələdə 3, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Qobustan, Sabirabad, Cəfərxan, Beyləqan, Zaqatala, Altıağac, Ağdam, Zərdabda 1 mm-dək qeydə alınıb. pizza sifarişi

Kəlbəcər, Laçın, Qrız, Şahdağ, Lerik və Şəkidə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!