Azərbaycanın bu ərazilərinə qar yağır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu ərazilərinə qar yağır

Sosial

11 Aprel 2025 10:02 6479


Aprelin 11-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Lənkəranda 21, Oğuzda 20, Şəki və Zaqatalada 19, Astarada 17, Qəbələdə 13, Şahbuz və Neftçalada 12, Lerik və Balakəndə 11, Göygöldə 10, İsmayıllıda 9, Bakıda və Abşeron yarımadasında eyni zamanda Şamaxıda 8, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Zəngilan, Xocalı, Gəncə, Daşkəsən, Biləsuvar, Yevlax, Xaltan, Tərtər, Mingəçevir, Göyçay, Cəlilabad, Qobustan, Yardımlı, Sabirabad, Beyləqan, Quba, Ağsu, İmişli, Şirvan, Şəmkir, Ağdam, Naftalan, Gədəbəy, Kürdəmir, Goranboy, Ceyrançöl, Şabran, Tovuz, Culfa, Bərdə və Zərdabda 7 mm-dir. Sezar pizza

Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Qusar və Xınalıqda 2, Altıağac, Qax (Sarıbaş), Qrız və Şahdağda 1 sm-dir.

Daşkəsən, Göygöl, Daşkəsən, Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!