Azərbaycanın bu kəndində əcaib varlıqlar peyda olub - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu kəndində əcaib varlıqlar peyda olub - Video

Sosial

15 Avqust 2019 07:44 2073


Ucar rayonunun Çiyni kəndinin sakinləri bir neçə gündür ki, qəribə varlıqla üzləşdiklərini deyirlər.

"Yeni Sabah" "Xəzər Xəbər"ə istinadən bildirir ki, kənddə peyda olan əcaib varlıq insanları təşvişə salıb.

Kənd sakinləri iddia edir ki, bir neçə gündür kənddə qəribə varlıq ortaya çıxıb. Xüsusən də gecələr həyətlərə girir, küçələrdə insanların qabağına çıxır. İnsanlar başdan ayağa tüklü olan bu canlının nə olduğunu müəyyən edə bilmirlər. O, həm də çox sürətlə qaçır. pizza

Sakinlər deyir ki, onlar ehtiyat etdiyindən gündüzlər əllərində ağac parçaları ilə gəzirlər. Onların sözlərinə görə, naməlum varlıq hündür divarlara da dırmaşır.

Sakinlər bununla bağlı polisə də müraciət ediblər. Rayon polis şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, kəndə polis əməkdaşları cəlb olunub. 

Gecə saatlarında da kənddə yoxlamalar aparılır. Çiyni kənd icra nümayəndəsi Vüqar Zeynalov da bildirib ki, vətəndaşlarla söhbətlər aparılıb. Onlara gecə saatlarında tək gəzməmələri tövsiyə olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!