Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa Superfinalına vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa Superfinalına vəsiqə qazandı

İdman

25 May 2025 18:19 380


Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa Superfinalına vəsiqə qazanıb.

Yenisabah.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan komanda I seçmə mərhələnin sonuncu matçında Litva yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub. pizza sifarişi

Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.

Qeyd edək ki, Azərbaycan yığması qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!