Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə dördüncü yeri tutdular

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə dördüncü yeri tutdular

İdman

01 Oktyabr 2023 19:50 502


Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçirilən “Bioderma Pro Beach Tour" açıq çempionatında dördüncü yeri tutublar.

Yenisabah.az xəbər verir ki, Vadim Kutukov - Heydər Məmmədli cütlüyü 32 komanda arasında təşkil olunan beynəlxalq turnirdə bu uğura nail olub.

Vüqar Bayramov - Ülvi Rəcəbli tandemi yarışın 1/4 final, Fidan Əhmədxanova - Larisa Smeltsova cütlüyü isə 1/8 finalında mübarizəni dayandırıblar. pizza mizza

Azərbaycanın çimərlik voleybolçuları oktyabrın 3-də Türkiyənin digər şəhəri Balıkesirə yola düşəcəklər. Onlar orada CEV Klublararası Avropa Kubokunda (Beach Volley European Cup) qüvvələrini sınayacaqlar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!