Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

İdman

05 Aprel 2024 20:46 1040


Azərbaycanın daha üç boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində mərhələ adlayıb.

Yenisabah.az xəbər verir ki, yarışın ikinci günündə rinqə çıxan millinin üç üzvü ilk görüşlərini qələbə ilə başa vurublar.

48 kq-da Bilalhəbaşi Nəzərov Eris Sədullahla (Türkiyə) üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb - 5:0 (30:27, 30:26, 30:26, 30:26, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Skot Tompsonla qarşılaşacaq. Döyüş aprelin 11-də olacaq. Pepperoni pizza

Onun uğurunu Ömər Aslanlı (54 kq) da təkrarlayıb. Yığma üzvü Aleksey Sarıoğlunu (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Aslanlı aprelin 9-da 1/8 finalda fransalı Cemmal Mohamedlə üz-üzə gələcək.

İbrahim Zeynalov (63,5 kq) da ilk qarşılaşmasından qalib ayrılıb. Təmsilçimiz Sandro Spiçadan (Fransa) güclü olub. Rəqibini 5:2 hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Emmanul Fotiadislə (Yunanıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş aprelin 9-na təsadüf edəcək.

Qeyd edək ki, yarışın ilk günündə Məhəmmədəli Qasımzadə (60 kq) də 1/8 finala vəsiqə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!