Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Yenisabah.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda kanadalı Şadi Elnahasa qalib gəlib.
Bu, millimizin cari turnirdə qazandığı 2-ci medal olub. Daha öncə 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov da eyni uğura imza atıb. Dördpendirli pizza
Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.
Telegram kanalımız