Daha bir güləşçimiz dünya üçüncüsü oldu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir güləşçimiz dünya üçüncüsü oldu

İdman

20 Avqust 2021 18:16 892


Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luisa Şeel ilə qarşılaşıb.

Rəqibinə "tuşe" ilə qalib gələn Soltanova fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Dominos pizza

Qeyd edək ki, daha əvvəl kişi sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) bürünc medal qazanıb. Qadınlardan isə Jalə Əliyeva (59 kq) dünya üçüncüsü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!