Azərbaycanın daha bir medal ümidi bu gün tatamiyə çıxır 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha bir medal ümidi bu gün tatamiyə çıxır 

İdman

01 Avqust 2024 11:50 737


Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.

Yenisabah.az-ın xəbərinə görə, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.

Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legioner olan Kotsoyev 2023-cü ildə Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olub. O, Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılır. Pepperoni pizza

Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlanacaq və bu gün də yekunlaşacaq. Kotsoyevin görüşü sıralamada 10-cudur.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov mesal (qızıl) qazanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!