Azərbaycanın daha bir qadın idmançısı Olimpiadaya lisenziya qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha bir qadın idmançısı Olimpiadaya lisenziya qazandı

İdman

07 May 2021 22:50 1408


Azərbaycanın daha bir qadın idmançısı Tokio Olimpiadasına lisenziya qazanıb.

Yenisabah.az xəbər verir ki, qadın güləşçimiz Elis Manolova 68 kq çəki dərəcəsində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirinin yarımfinalında Cəmilə Bakberqenovanı (Qazaxıstan) 5:3 hesabı ilə məğlub edərək finala çıxıb.

Bu, Avropa çempionu Elis Manolovanın Olimpiadaya vəsiqə qazanması üçün kifayət edib. Marqarita pizza

Bununla da Azərbaycan qadın güləşində Mariya Stadnikdən sonra ikinci, ümumilikdə güləşdə altıncı lisenziyasını qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın rəsmiləşdirdiyi 19-cu lisenziya olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!