Azərbaycanın daha bir rayonunda ehsan ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha bir rayonunda ehsan ləğv edildi

Sosial

06 Avqust 2025 19:57 3328


Bərdədə yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Bərdənin axundu Hacı Ramazan Hüseynov bildirib.

Onun sözlərinə görə, artıq Bərdə rayonunda yas mərasimlərində sadəcə çay süfrəsi təşkil olunur. Sezar pizza

"Çay süfrəsində çay, limon, xurma verilir. Bu gün şəhid qardaşının mərasimi oldu və ehsan verilmədi", - axund əlavə edib.

Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!