Azərbaycanın daha bir şəhərində dəbdəbəli ehsan məclisləri qadağan ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha bir şəhərində dəbdəbəli ehsan məclisləri qadağan ediləcək

Sosial

22 Avqust 2025 21:48 7578


Mingəçevirdə dəbdəbəli ehsan məclislərinin qadağan olunması müzakirə edilib.

Yenisabah.az Teleqraf-a istinadən xəbər verir ki, müzakirələr Heydər Məscidində keçirilib.

Tədbirdə şəhər Ağsaqqallar Şurası, dini icmalar və media təmsilçiləri iştirak edib. Müzakirələrdə bir müddət öncə Mingəçevir Ağsaqqallar Şurasında qaldırılmış ehsan məclislərinin qadağan edilməsi məsələsi yenidən gündəmə gətirilib. Ölkənin bir sıra regionlarında tətbiq olunan qadağaların Mingəçevirdə də tətbiq olunmasının vacibliyi vurğulanıb. pizza hut

Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, şura üzvü Adil Kərimov, Heydər Məscidinin imamı Hacı İlham, müavini Müşfiq Əsgərov və jurnalist-politoloq İnqilab Şirinbəyli çıxış edərək məsələnin ölkə üzrə kompleks həllinə nail olmaq üçün Milli Məclisin, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquqi zəmin hazırlamasının vacibliyini qeyd ediblər.

Bununla bağlı Mingəçevir ictimaiyyəti adından adı çəkilən qurumlara rəsmi müraciət ünvanlanmasının zəruriliyi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!