Azərbaycanın daha bir taekvondoçusu Avropa paralimpiya çempionatında medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha bir taekvondoçusu Avropa paralimpiya çempionatında medal qazandı

İdman

15 Avqust 2023 20:41 678


Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Amin Şıxalıyev turnirdə üçüncü yeri tutub. pizza hut

Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları qitə birinciliyində doqquz medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!