Azərbaycanın dostuna qarşı istintaq başlandı…

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın dostuna qarşı istintaq başlandı…

Hadisə

16 İyun 2021 18:29 1599


Rusiya İstintaq Komitəsi Azərbaycanın bu ölkədəki nadir dostlarından olan məşhur jurnalist və ictimai xadim Maksim Şevçenkoya qarşı  istintaqa başlayıb. Buna səbəb  jurnalistin Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı, vitse-spiker Olqa Timofeyevanın ünvanına dediyi sözlər olub.

Yenisabah.az xəbər verir ki, bu haqda “TASS” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.  “RT” telekanalı da informasiyanı təsdiqləyir. Yoxlamanın başlanması barədə  ilk məlumatı isə “Mash” telegram-kanalı verib.

TASS-ın həmsöhbəti istintaqın başlanma səbəbinin Şevçenkonun 2021-ci il aprelin 4-də “YouTube”-də yayımlanmış bir çıxışının olduğunu bildirib.  Pepperoni pizza

“Həmin çıxışında M.Şevçenko Timofeyeva tərəfindən qızlarına hicab geyindirən və daha sonra öldürülən noqay milliyyətindən olan valideynlərin təqib olunmasından danışıb. Təqibə dair sözlər üzündən Timofeyeva İstintaq Komitəsinə müraciət edib və nəticədə istintaq başlanıb.

Cinayət işi hələ başlanmayıb. Qərar yalnız yoxlamanın nəticələrindən sonra veriləcək. Əgər İstintaq Komitəsi Timofeyeva ilə razılaşacaqsa, o zaman Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1 (böhtan) maddəsi ilə cinayət işi başlana bilər”- deyə “TASS”-ın mənbəyi qeyd edib./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!