Azərbaycanın ən uzun asma körpüsü inşa edilir - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ən uzun asma körpüsü inşa edilir - Video

Rəsmi

20 Fevral 2021 08:24 1330


Azərbaycanda yeni asma körpü inşa edilir.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, bu ilin yanvar ayından Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Layihəyə 2021-ci ilin yanvar ayında start verilib. Hazırda körpüdə zəminbərkitmə, beton və svay işləri aparılır. Dominos pizza

Layihəyə əsasən, Ağsu rayonu ərazisində Azərbaycanda ən uzun asma körpü inşa ediləcək. Uzunluğu 600 metr olan asman körpünun 350 metr hissəsi dayaqlı olacaq. Körpü Ağsu çayının üzərində salınacaq.

Qeyd edək ki, layihənin 2022-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!