“Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik” - Macarıstan XİN başçısı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik” - Macarıstan XİN başçısı

Siyasət

17 İyul 2020 15:45 655


Azərbaycanda işgüzar səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

XİN-dən Yenisabah.az-a verilən məlumata görə, P. Siyarto Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu, Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir P. Siyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!