Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı

Siyasət

12 İyun 2025 21:29 539


2025-ci il yanvarın 1-dən aprelin 30-dək Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanı vasitəsilə həyata keçirilən uçuşlara görə “Armaeronavigation”a 89 746 avro ödəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin rəsmi açıqlamasında bildirilib.

Bu, ötən ilin altı ayı ilə müqayisədə təxminən iki dəfə çoxdur. Belə ki, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödənişlərin məbləği 49 459 avro təşkil edib. Pepperoni pizza

2023-cü ilin yanvarından may ayına qədər ödəniş 40 min avrodan bir qədər az, 2023-cü il üçün isə təxminən 80 min avro olub.

Ödənişlər “Avrokontrol”un (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, “Armaeronavigatsiya” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!