“Ermənistanla Azərbaycan arasında Bişkek protokolu adlanan ilk atəşkəs sazişindən 26 il ötür. Bu 26 il ərzində danışıqlar prosesində Azərbaycanın gözləntiləri əldə edilməyib. Ermənistan tərəfi bütün danışıqlar prosesini hər vəchlə sabotaj edib. Bişkek protokolu sülh sazişi və daimi atəşkəsin qorunması anlaşması deyil. Bu müvəqqəti və müddətsiz bir sazişdir”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, Azərbaycan istənilən vaxt danışıqlarda müsbət nəticə əldə etməsə, hücum etmək iqtidarını özündə saxlayır. 2016-ci il Aprel döyüşlərində Bişkek protokolunun Azərbaycan üçün önəmli bir saziş olmadığı aydın olub və bununla da bu atəşkəs sazişi qüvvədən düşmüş sayılmalıdır: “Yenidən Moskvada Azərbaycan və Ermənistan Baş qərargah rəsmiləri Rusiyanın vasitəçilyi ilə yeni atəşkəs sazişi bağladılar. Bu, Moskva sazişidir və burada danışıqların davam etdirilməsi təsbit edilib. Göründüyü kimi, Ermənistan danışıqlarda maraqlı deyil. Bundan əlavə Moskva sazişinin də Azərbaycan üçün hüquqi öhdəliyi olmamalıdır. Bu , Azərbaycanın hücum etməmək öhdəliyini üzərinə almır. Növbəti dəfə Azərbaycan Ermənistana zərbə endirəcək. Bu, qaçılmaz prosesə gəlib çıxır”.
Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan Rusiya ilə danışıqlar aparır, lakin hələlik müsbət dinamika yoxdur. Türkiyənin bizə köməyi lazımdır: “Ankara Liviyada, Suriyada öz geosiyasi maraqlarını güclü müdafiə edərək demək olar ki, öz mövqelərini gücləndirib, bütün döyüşlərdə qələbə əldə edir. Artıq Qarabağ münaqişəsi çox uzun sürdü. Halbuki bu münaqişə çox asan bir həll varinatına malikdir. Sadəcə bu həll varinatlarının qarşısını Moskva alıb. Ankara Suriyada, Liviyada və İraqda necə prinsipial mövqe ortaya qoyubsa, Rusiya və digər ölkələr Türkiyə ilə necə razılaşırsa, Cənubi Qafqazda, xüsusilə Qarabağ məsləsində də razılaşa bilərlər. Bu aksioma deyil. Praktik həll variantıdır. Qarabağ məsləsi çətin münaqişə adlandıran Ermənistanın propaqandasıdır. Azərbaycan mətbuatı və siyasi çevrələr Qarabağ münaqişəsinin asan həll yolunu daima qabartmalıdır və Türkiyə faktorunu önə çəkməlidir. Azərbaycan regionda Rusiyanın geosiyasi maraqlarını bu illər nəzərə alıb, Rusiya ilə dostluq və qonşuluq əlaqələri yüksək səviyyədədir, hər iki ölkə arasında heç bir problem yoxdur, amma buna baxmayaraq, Rusiya Qarabağ məsləsində heç bir addım atmır. Fikir ayrılıqları yalnız Qarabağ məsləsində haçalanır”. Dominos pizza
Telegram kanalımız