“Azərbaycanın “Eurovision”da qalib olmasını istəyirəm” –   Elmira Axundova

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın “Eurovision”da qalib olmasını istəyirəm” – Elmira Axundova

Siyasət

14 May 2019 12:18 1101


““Eurovision” mahnı yarışması dünyanın ən mötəbər yarışlarından biri hesab olunur. O, faktiki olaraq bir növ musiqi olimpiadasıdır. Uzun illərdir ki, düşmən ermənilər başda olmaqla, onlarla ölkə bu yarışmaya ev sahibliyi etmək xəyalı ilə yaşayır”.

Bunu “Yeni Sabah”a deputat, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova bu gün start götürən “Eurovision 2019” yarışmasından danışarkən deyib. O qeyd edib ki, Azərbaycan yarışmaya qatıldığı qısa müddət ərzində böyük uğurlar əldə edib və qalib olub:

“Bu, ölkəmizin tanınması və imici üçün çox önəmli bir hadisə idi. Bundan sonra həmin yarışmaya mənim də marağım artmağa başladı. İmkan olduqca müsabiqəni izləməyə çalışıram. Bu il ölkəmizi yarışmada təmsil edəcək Çingiz Mustafayevin “Truth” adlı mahnısını da dinləmişəm. Düşünürəm ki, uğurlu seçimdir, ifa və mahnı çox gözəldir”. Toyuqlu pizza

E.Axundova düşünür ki, Azərbaycan bu il də müsabiqədə yaxşı nəticə əldə edə bilər:

“Ümid edirəm ki, belə də olacaq. Yaxşı olardı ki, müsabiqənin qalibi yenidən Azərbaycan olsun. Müsabiqəyə yenidən ev sahibliyi etmək bizə çox asan və ucuz başa gələr. Çünki biz bu sahədə artıq təcrübəliyik və Bakı Kristal Zalı kimi möhtəşəm məkanımız var. Ölkəmizə bu yarışmada uğurlar diləyirəm və yaxşı nəticə gözləyirəm”.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!