Azərbaycanın havası qarışdı –   Leysanla istinin dueli

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın havası qarışdı – Leysanla istinin dueli

Sosial

07 Sentyabr 2025 11:25 6508


Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 7-si saat 10:00-a olan vəziyyətə əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb. Pepperoni pizza

Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb.

Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-də 35 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!