Azərbaycanın idman jurnalistləri beynəlxalq turnirdə üçüncü oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın idman jurnalistləri beynəlxalq turnirdə üçüncü oldu

İdman

29 Oktyabr 2023 18:34 1119


Gürcüstanın paytaxtı Tbilisidə futbol üzrə Beynəlxalq Media Kuboku keçirilib.

“Report”un məlumatına görə, məşhur şərhçi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda Azərbaycanın idman jurnalistlərindən ibarət millisi də mübarizə aparıb.

Yığma səkkiz ölkənin yer aldığı turnirin “B” qrupunda Rumıniya, Qazaxıstan və Gürcüstanın ikinci kollektivi ilə üz-üzə gəlib. Pepperoni pizza

Komanda altı xal toplayaraq qrupdan çıxıb. Finalın bir addımlığında rəqib Gürcüstanın əsas yığması olub. Gərgin keçən görüşdə rəqib 3:2 hesabı ilə qalib gəlib.

Yekunda komandamız turniri mükafatçılar sırasında, 3-cü yerdə bitirib.

Qeyd edək ki, turnir bir neçə ildir təşkil olunur. İdman jurnalistlərindən ibarət heyət Gənclər və İdman Nazirliyi, “Azərbaycan İdman Jurnalistləri” İctimai Birliyinin dəstəyi ilə yarışa qatılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!