Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

İdman

02 Avqust 2023 23:57 1195


Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Güləş Federasiyasından Yenisabah.az-a verilən məlumatına görə, 45 kiloqramda Turan Daşdəmirov və 60 kiloqramda Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib. Sezar pizza

92 kiloqramda mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub - 3:1.

Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kiloqram) mundialı gümüş medalla başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!