Azərbaycanın iki rayonunda yeni komandanın yaradılmasına başlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın iki rayonunda yeni komandanın yaradılmasına başlandı

İdman

27 Fevral 2023 10:03 1015


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun iştirakı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində Zaqatala və Qax rayonunun müharibə iştirakçıları ilə görüşlər keçirilib.

Görüş müharibə iştirakçılarının yer aldığı komandaların yaradılması, bu ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmasını nəzərə alaraq, "Ulu Öndər" Kuboku yarışının keçirilməsi mahiyyəti daşıyıb.

Məqsəd bu regionda formalaşdırılacaq yeni kollektivlərin 2023/2024-cü il mövsümündən etibarən Region Liqasına qatılmasıdır. Pepperoni pizza

AFFA-nın bayrağı altında keçiriləcək çempionatda mübarizə aparacaq komandalarla bağlı bütün məsələlərə yaxın vaxtlarda başlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!