Azərbaycanın ilk müstəqil teatrının taleyi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ilk müstəqil teatrının taleyi bəlli oldu

Mədəniyyət

15 Mart 2021 15:19 1737


ADO teatrının (Azərbaycan Dağınıq Oda Teatrı) taleyi bəlli olub.

Bir müddət əvvəl məkanlarını təhvil verməklə bağlı xəbərdarlıq edilən teatr kollektivi bu gün məkanlarını tərk ediblər.

Teatrdan Yenisabah.az-a verilən məlumata görə, 9 yaşlı ADO-nun əşyaları müvəqqəti olaraq teatrının qurucusu və rəhbəri Elmin Bədəlovun valideynlərinin evinə qoyulacaq.   pizza mizza

Xatırladaq ki, 10 mart – Milli Teatr günündə Azərbaycanın ilk müstəqil teatrı ADO  yerləşdiyi məkandan çıxarılması ilə bağlı xəbərdarlıq almışdı. Teatr kollektivi məkanın icarə haqqını ödəyə bilmədiyi üçün məkanı tərk etməli olub.

Qeyd edək ki, ADO Teatr kollektivi 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınıb və incəsənətin müxtəlif sahələri ilə məşğuldur.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!