Azərbaycanın İrandan keçən alternativi var - Hacızadə

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın İrandan keçən alternativi var - Hacızadə

Siyasət

12 Sentyabr 2024 09:53 408


Azərbaycan İran ərazisindənkommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Real TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan üçtərəfli bəyannaməni təhrif edir: "Bu da bizdə təəssüf doğurur. Üçtərəfli sənədin 9-cü bəndində kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var. Marqarita pizza

Əgər Ermənistan hazırkı mövqeyində təkid edirsə, Azərbaycanın alternativ variantları var. Onlardan biri də İran üzərindən müvafiq kommunikasiya xətlərinin çəkilməsidir. Bu istiqamətdə müvafiq işlər gedir. Ermənistan özünütəcrid etmək siyasətini davam etdirirsə, bu onun öz seçimidir. Bu seçim onların xeyrinə deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!