Azərbaycanın medal ümidləri - Güləşçilərimiz Paris-2024-ə nə vaxt qoşulur? 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın medal ümidləri - Güləşçilərimiz Paris-2024-ə nə vaxt qoşulur? 

İdman

02 Avqust 2024 17:29 829


Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışını davam etdirir. 

QOL.az-ın xəbərinə görə, cüdoda 2 qızıl medal qazanan (Hidayət Heydərov, Zelim Kotsoyev) milli komandamız boksda ən azı 1 bürünc medalı təmin edib. 92 kq. çəki dərəcəsində yarışan Alfonso Dominges yarımfinalda çıxış edəcək. O, qarşıdakı görüşdə uduzsa belə, Azərbaycan millisinə bürünc medal qazandıracaq. Lakin əlbəttə, o, qalib gələcəyi halda medalın əyarı artıq qızıl və ya gümüş də ola bilər. 

Azərbaycan milli komandasına medal qazandıracaq idman növləri sırasında güləş həmişə ön sırada olub. Azərbaycan qatıldığı bütün Yay Olimpiya Oyunlarında medallar qazanıb. Odur ki, Paris-2024-də də güləşçilərimizin medal qazanmaq ehtimalı yüksəkdir.  Toyuqlu pizza

33-cü Yay Olimpiya Oyunlarında Azərbaycanı ümumən 12 güləşçi təmsil edəcək. Onlardan 5-i Yunan-Roma, 6-sı sərbəst güləş, 1-i isə qadın güləşində yarışacaq. Güləşçilərimiz mübarizəyə avqustun 5-də başlayacaq. Avqustun 11-də isə bu idman növündə yarışlara yekun vurulacaq. 

Azərbaycan güləşçilərinin yarış təqvimi 

Yunan-Roma güləşi 

5 avqust 

Murad Məmmədov (60 kq) 

Sabah Şəriəti (130 kq) 

6 avqust 

Sənan Süleymanov (77 kq)

7 avqust 

Həsrət Cəfərov (67 kq) 

Rafiq Hüseynov (87 kq) 

Qadın güləşi 

Mariya Stadnik (50 kq) 

Sərbəst güləş 

8 avqust 

Əliabbas Rzazadə (57 kq) 

Osman Nurmaqomedov (86 kq) 

9 avqust 

Turan Bayramov (74 kq)

Giorgi Meşvildişvili (125 kq)

10 avqust 

Hacı Əliyev (65 kq)

Maqomedxan Maqomedov (97 kq)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!