Azərbaycanın məşhur futbolçusu “Sumqayıt”dan “Keşlə”yə köçdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın məşhur futbolçusu “Sumqayıt”dan “Keşlə”yə köçdü

İdman

24 İyun 2020 17:50 945


Şəhriyar Əliyev 2 mövsüm formasını geyindiyi «Sumqayıt»dan ayrılıb.

Yenisabah.az-ın məlumatına görə, millinin keçmiş müdafiəçisi «Keşlə»yə keçib.

O, Avropa Liqasında mübarizə aparacaq paytaxt təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. pizza sifarişi

Sportinfo.az yazır ki, daha əvvəl "Keşlə" "Neftçi"dən ayrılan Tural Axundovla anlaşıb, Sabiq “bankirlər” dünən də Miyuşko Boyoviçlə müqavilə müddətini artırıb. 32 yaşlı monteneqrolu müdafiəçi gələn mövsüm də paytaxt təmsilçisinin formasını geyinəcək.

Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev və Vüsal İsgəndərli ilə müqaviləni uzadıb. Cabir Əmirli "Neftçi"yə keçibsə, Slavik Alxasov və Ruslan Qurbanovla başa çatan sözləşmə uzadılmayıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!