Azərbaycanın məşhur futbolçusu vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın məşhur futbolçusu vəfat etdi

İdman

11 Aprel 2021 10:48 979


Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O.Abdullayevin sözlərinə görə, F.Cavadov Bakının 71 yaşında koronavirusdan vəfat edib. Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq. O, Binə qəbiristanlığında torpağa tapşırılacaq. pizza sifarişi

Qeyd edək ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972 - 1978-ci illərdə "ağ-qara" formanı geyinib. F.Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!