Azərbaycanın məşhur müğənnisi əri tərəfindən döyüldü   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın məşhur müğənnisi əri tərəfindən döyüldü - Foto

Şou

09 İyun 2021 12:57 1716


Müğənni Vəfa Şərifova həyat yoldaşının ona xəyanət etdiyini deyib.

Yenisabah.az xəbər verir ki, ifaçı ilk dəfə bu barədə danışıb:

"Yoldaşım məni sevməsə boşanaram. Əvvəllər deyirdim ki, beş uşağım olsa da, həyat yoldaşım mənə xəyanət etsə, əl qaldırsa, boşanaram. Mənə xəyanət də etdi, əl də qaldırdı, amma boşanmadım. Dözmərəm dediyim hər şeyə dözdüm. Niyə? Çünki istəmirəm ki, uşağım atasız böyüsün. Mən də başqaları kimi o bataqlıqlara düşmək istəmirəm. Pepperoni pizza

Qadınlar hisləri ilə xəyanət edir. Kişilərdə isə fərqlidir. Dost əhatəsinə qoşulurlar, gedib xəyanət edirlər. Məsələn, deyirlər ki, filankəsdən qorxursan? Gəl, sən də bizlə get. Mənim düşdüyüm xəyanət bu idi. Hisləri ilə kiməsə bağlanarsa, sevərsə, mən ondan boşanaram. Çünki hislərim, sevgim mənim üçün dəyərlidir".

Lent.az-ın canlı yayımında qonaq olan Vəfa daha sonra bildirib ki, həyat yoldaşı ona əl də qaldırıb:

"Hər zaman düşünürdüm ki, qadın böyük səhv edərsə, döyülər. Amma yaş ötdükcə anlayırsan ki, qısqanclıqdan, çox istəməyindən də belə şeylər ola bilər. Döyülmək qadına böyük travma yaşadır. Allah heç bir qadına bu travmanı qismət eləməsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!