Azərbaycan millisi Bakıda İngiltərəyə biabırçı hesabla uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi Bakıda İngiltərəyə biabırçı hesabla uduzdu

İdman

22 Mart 2024 18:44 1065


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv F qrupunda İngiltərə ilə qarşılaşıb. “Azərsun Arena”da keçirilən görüşdə Azərbaycan millisi 1:5 hesabı ilə uduzub

Qeyd edək ki, U-21 millisi martın 26-da hazırda qrupun lideri olan Ukraynanı qəbul edəcək. Pepperoni pizza

Əlavə edək ki, İngiltərə yığması 15 xalla (6 oyun)  qrupda 2-ci, 3 xalı (5 oyun) olan Azərbaycan millisi isə sonuncu - 6-cıdır. Turnir cədvəlinə 15 xalla (5 oyun) Ukrayna başçılıq edir.

22 mart

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

16:00. Azərbaycan U-21– İngiltərə U-21 - 1:5 

Qol: Harvi Elliot, 25 (0:1), Noni Madueke, 29 (0:2),  Harvud-Bellis, 53 (0:3), Harvi Elliot, 67 (0:4), Ramin Nəsirli, 85 (1:4), Arçi Qrey, 88 (1:5)

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)

Bakı, “Azərsun Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!