“Azərbaycanın mövqeyi haqlı və ağıllıdır” –   Xədicə İsmayıl

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın mövqeyi haqlı və ağıllıdır” – Xədicə İsmayıl

Siyasət

08 Oktyabr 2020 17:52 1291


“Bizim ölkənin haqlı durumu var deyə, hətta Ermənistanla dost olanlar da ona dəstək verə bilmir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib. O daha sonra qeyd edib:  

“Haqlı durum nədir? Marqarita pizza

1.Mənim olanı, BMT-nin tanıdığı sərhədlər çərçivəsində ərazi bütövlüyümü bərpa etmək istəyirəm, həmin sərhədləri aşan iddiam yoxdur.

2. Ölkə rəhbəri daxil hökumət bəyan edir ki, Azərbaycan bütün vətəndaşlarına, o cümlədən Qarabağ ermənilərinə vətəndaş hüquqlarını təmin etmək əzmindədir və əvvəldən orada yaşamış, vətəndaşlığı qəbul edən, qanunlara tabe olacaq vətəndaşlara milli ayrı-seçkilik qoymayacaq. Qovmayacaq, incitməyəcək və sair.

3. Azərbaycan bəyan edir ki, müharibəni ləyaqətlə aparır və əsirlərə də Cenevrə konvensiyası çərçivəsində davranmaq niyyətindədir.

Mövqe haqlı və ağıllıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!