Ermənilər başlarını itirib: “Azərbaycanın nəfinə casusluq etmiş“ 2 nəfər həbs olunub

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər başlarını itirib: “Azərbaycanın nəfinə casusluq etmiş“ 2 nəfər həbs olunub

Rəsmi

07 İyun 2021 12:08 1026


Ermənistanda Azərbaycanın xeyrinə casusluqda günahlandırılan keçmiş əsgər həbs olunub.

Yenisabah.az “Armenian News”a itinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

MTX-nin açıqlamasına görə, ittiham olunan şəxs Ermənistan Silahlı Qüvvələri və qondarma Dağlıq Qarabağ Respublikası (“DQR”) haqqında hərbi və dövlət sirlərini Azərbaycana ötürüb. Dördpendirli pizza

Keçmiş əsgər və dostu Ermənistan vətəndaşıdır və Türkiyədə olarkən Azərbaycan xüsusi xidmət orqanlarının müşahidə hədəfi olublar. “Onlar Ermənistanın ərazi bütövlüyü və xarici təhlükəsizliyi zərərinə hərəkət etmək üçün maddi mükafat təklifini qəbul ediblər. Bu şəxslər müqavilələri sənədləşdirmək və konkret təlimat almaq üçün Azərbaycanın xüsusi xidmət orqanlarının rəsmiləri ilə görüşmək məqsədilə başqa bir ölkəyə gediblər. Üçüncü ölkədə yerləşən Azərbaycan səfirliyinin ərazisində sözügedən şəxslər işə qəbul sənədlərini imzalayıb, sonra müvafiq ləqəb və əvvəlcədən ödəniş muzdlarını alıblar”, – deyə MTX-nin bəyanatında qeyd olunur.

MTX “həmçinin, 2020-ci ilin payızında Dağlıq Qarabağda baş verən döyüş əməliyyatları zamanı təqsirləndirilən şəxslərin Ermənistan qoşunlarının yerləşdirilməsi, Ermənistan və “DQR” Silahlı Qüvvələri komandirlərinin şəxsi məlumatları barədə hərbi və dövlət sirlərini Azərbaycan xüsusi xidmət orqanlarına təhvil verdiyini” bildirib.

Təqsirləndirilən şəxslər hazırda həbsdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!