Azərbaycanın nümayəndə heyəti Stokholmda - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın nümayəndə heyəti Stokholmda - FOTO

Maraqlı

02 İyun 2022 16:50 983


Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində İsveçin paytaxtı Stokholmda keçirilən beynəlxalq konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 

Bu barədə "Yeni Sabah"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

1972-ci ildə Stokholmda baş tutmuş Birləşmiş Millətlər Təşkilatının İnsan Ətraf Mühiti Konfransının ildönümünə həsr olunan “Stokholm+50: hamının rifahı üçün sağlam planet - bizim məsuliyyətimiz, bizim imkanımız” adlı beynəlxalq konfransda Azərbaycanın nümayəndə heyətinin rəhbəri R.Hacıyev çıxış edərək, ölkəmizin ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması sahəsində milli və beynəlxalq səviyyədə gördüyü işlər, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən törədilən ekoloji cinayətlər və bu ərazilərin bərpası ilə bağlı görülən tədbirlər barədə məlumat verib.  Pepperoni pizza

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti BMT-nin Bazel, Rotterdam və Stokholm Konvensiyalarının Tərəflər Konfransının Yüksək Səviyyəli Seqmentində çıxış edib, eyni zamanda beynəlxalq təşkilatlarla ikitərəfli görüşlər keçirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!