Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atdı

İdman

31 Oktyabr 2024 01:11 1161


Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi bir ilkə imza atıb.

Yenisabah.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb.

Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində bir ilkdir. İndiyədək ölkəmizin heç bir qadın boksçusu dünya birinciliyində bu mərhələyə qədər irəliləməyib. Onun qazanacağı istənilən medal isə boks tariximizə qadınlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək. Marqarita pizza

Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!