Azərbaycandan qayıdan erməni hərbi əsirlərdən biri - Arman Xaçatryan saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.
“Vətənə qayıdan 5 hərbi əsirin hamısı dindirilib, onlardan 1-i saxlanılıb”, - Tadeosyan deyib. Toyuqlu pizza
O bildirib ki, Arman Xaçatryan Ermənistan Cinayət Məcəlləsinin 365-ci (Döyüş vəzifəsini və ya hərbi xidmət keçmə qaydalarını pozma) maddəsi ilə saxlanılıb.
Qeyd edək ki, dekabrın 29-da Bakı Macarıstanın vasitəçiliyi ilə 5 erməni hərbi əsiri İrəvana təhvil verib. (modern.az)
Telegram kanalımız