Azərbaycanın Quru Qoşunları təlimlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Quru Qoşunları təlimlərə başladı

Maraqlı

24 Noyabr 2022 11:51 710


Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. 

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Dominos pizza

Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!