Azərbaycanın Rusiyadakı səfiri etimadnaməsini Putinə təqdim edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Rusiyadakı səfiri etimadnaməsini Putinə təqdim edəcək

Siyasət

04 Noyabr 2024 13:40 510


Azərbaycanın Rusiyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev noyabrın 5-də etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edəcək.

Yenisabah.az xəbər verir ki, Rusiya prezidentinin sabah daha 27 diplomatın etimadnamələrini qəbul edəcəyi gözlənilir.

Mərasim ənənəvi olaraq Böyük Kreml Sarayının “Aleksandrov” zalında baş tutacaq. pizza hut

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rəhman Mustafayevin Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!