Azərbaycanın sambo millisi İrəvana niyə getməyib?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın sambo millisi İrəvana niyə getməyib?

İdman

14 Noyabr 2023 21:25 856


Azərbaycan Sambo Federasiyası Ermənistanın paytaxtı İrəvanda keçirilmiş Avropa çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, Federasiya bu haqda bəyanat yayıb.

Bəyanatda bildirilib:   pizza hut

“Azərbaycan və Türkiyə millilərinin 10-12 noyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilmiş sambo üzrə dünya çempionatında iştirak etməməsinin səbəbi KİV-ə yalan məlumat ötürülməklə çatdırılmışdır. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Karen Qiloyanın yerli mətbuata açıqlaması yalan və böhtanla doludur. 

Bildirmək istəyirik ki, Azərbaycan Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyası (FIAS) tərəfindən diskvalifikasiya olunmayıb. Buna bariz nümunə FIAS-a 18 oktyabrda göndərdiyimiz rəsmi məktubdur. Orada göstərilib ki, aprel ayında İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan dövlət bayrağı yandırılıb.

İdman dəyərlərinə sığmayan bu hərəkəti və idmançılarımızın təhlükəsizliyinin qoruna bilinməyəcəyini nəzərə alaraq yarışda iştirak etməyəcəyimizi bildirmişik. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!