Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında finala yüksəldi

İdman

16 Fevral 2024 21:51 982


Azərbaycanın sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Yenisabah.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən Maqomedxan Maqomedov yarımfinalda macarıstanlı Vladislav Baytsayevə 7:2 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində Maqomedov sabah ikinci dəfə Avropa çempionu olmaq üçün yarışacaq. pizza mizza

Həmçinin, millinin digər üzvlərindən İslam Bazarqanov (57 kiloqram) və Əli Rəhimzadə (65 kiloqram) yarımfinalda məğlub olaraq bürünc mükafat uğrunda görüşə vəsiqəni təmin ediblər.

Qeyd edək ki, bu gün Azərbaycan iki qadın güləşçisi bürünc medal görüşünə çıxacaq. Elis Manolova (65 kiloqram) almaniyalı Anna Nuernbergerlə, Birgül Soltanova isə rusiyalı Veranika İvanova ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!