Azərbaycanın sərbəst güləşçisi reytinq turnirində finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın sərbəst güləşçisi reytinq turnirində finala yüksəldi

İdman

13 İyul 2023 21:22 1362


Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə start götürən reytinq turnirində finala yüksəlib.

"Report"un məlumatına görə, 97 kiloqramda çıxış edən idmançı yarımfinalda almaniyalı Erik Tileyə 7:1 hesabı ilə qalib gəlib. O, finalda ABŞ-dən olan Olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşacaq.

86 kiloqram çəki dərəcəsində yer alan Abubakr Abakarov isə israilli Yuri Kalaşnikovu 8:0 hesabı ilə üstələsə də, 1/4 finalda türkiyəli Osman Göçenə uduzub - 3:6. Dördpendirli pizza

Rəqibi finala çıxa bilmədiyindən Azərbaycan təmsilçisi yarışı medalsız başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!