"Ölkəmizdə su ehtiyatları azdır və qıtlığın olması istisna deyil. İqlim dəyişmələri Azərbaycana təsir göstərir. Azərbaycan digər təbii ehtiyatlarla zəngin olsa da, su ehtiyatına görə dünyanın az su təminatı olan ölkələrdəndir".
Yenisabah.az milli-yə istinadla xəbər verir ki, bunu AMEA Coğrafiya institutunun hidrologiya şöbəsinin müdiri Rza Mahmudov bildirib.
Onun sözlərinə görə, su qıtlığı problemi dünyanı cənginə alıb. Su qıtlığı çoxdan başlayıb, buna səbəb keçən əsrin 60-70-ci illərində olan həyəcan təbilinin eşidilməməsinin nəticəsidir. Keçən əsrdə dünyanı idarə edən dövlətlər tərəfindən beynəlxalq formada nəzərə alınsa idi, bu gün temperator daha yaxşı ola bilərdi: Sezar pizza
"Ölkəmizin su ehtiyatı Cənubi Qafqazın ümumi su ehtiyatının 15 faizini təşkil eləyir. Əhalinin su tələbataımıza görə də, ehtiyatımız azdır. Bu gün dövlət səviyyəsində çoxsaylı tədbirlərin keçirilməsi, su anbarlarının tikilməsi birbaşa buna yönəlib ki, az təminatlı su ehtiyatı olan ölkəmizdə əhalinin suvarmaya, içməli suya, su təchizatına, şirin suya tələbatını ödəmək üçün optimal istifadə məsələləri qarşılansın".
Telegram kanalımız