Azərbaycanın tanınmış cüdoçusu koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın tanınmış cüdoçusu koronavirusa yoluxdu

İdman

12 Noyabr 2020 18:39 941


Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a 23 yaşlı idmançının özü məlumat verib.

81 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, noyabrın 2-də ondan götürülmüş testin nəticəsi müsbət olub. Heydərov növbəti dəfə test verəcəyini söyləyib: "Hazırda özümü yaxşı hiss edirəm. Sabah növbəti dəfə testdən keçəcəyəm. Ümid edirəm ki, onun nəticəsi mənfi olacaq". Dördpendirli pizza

Cüdoçu müalicəsinə köməklik göstərdiyi üçün federasiyaya təşəkkür edib.

Qeyd edək ki, Hidayət Heydərov Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün açıqlanmış heyətində yer almayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!