Azərbaycanın tanınmış generalı 56 yaşında vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın tanınmış generalı 56 yaşında vəfat etdi - Foto

Hadisə

23 Noyabr 2024 21:57 2884


Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.

"Qafqazinfo"nun məlumatına görə, o, 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi. Dominos pizza

Ç.Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il "Judo Club 2012" idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!