Azərbaycanın U-19 millisi Lüksemburqa uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın U-19 millisi Lüksemburqa uduzdu

İdman

21 Noyabr 2023 23:13 927


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gəlib.

1:2 hesabı ilə uduzan komandamız mübarizəni dayandırmalı olub. Dördpendirli pizza

Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı məğlub edib - 3:0. Bu yığmalar isə elit-raunda vəsiqə qazanıblar.

Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən U-19 millisi Niderlanda 1:2 hesabı ilə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!