Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

İdman

12 May 2025 18:11 365


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mayın 26-dan iyunun 9-dək keçirəcəyi təlim-məşq toplanışında 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Yenisabah.az xəbər verir ki, U-21 mayın 26-dan iyunun 2-dək Bakıda, iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, iyunun 6-dan 9-dək isə yenidən Bakıda hazırlıq keçəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə iki yoxlama görüşü keçirəcək. Milli əvvəlcə iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüşün başlama vaxtı və stadionu barədə daha sonra məlumat veriləcək. pizza

Komanda iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!