Azərbaycanın U-21 yığması seçmə mərhələdə ilk qələbəsini qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın U-21 yığması seçmə mərhələdə ilk qələbəsini qazandı

İdman

25 Mart 2022 21:26 514


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Yenisabah.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Estoniyanı böyük hesabla məğlub edib - 3:0.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub. O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib. Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub. pizza sifarişi

Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!